Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.
Alyans.media xəbər verir ki, parlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı üzvləri dəyişməyəcək.
Beləliklə, azlıqda olan partiyaların MSK üzvlüyünə namizədləri aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) – Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası – İlkin Şahbazov










