İranın Naxçıvan aeroportuna hücumu “Arash-2” kamikadze pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib.
Alyans.media Oxu.Az-a istinadən xəbər verir. Araşdırmasına görə, bu, İranın son illərdə təqdim etdiyi uzaqmənzilli zərbə dronlarından biridir və hədəfə çırpılaraq partlayan kamikadze tipli pilotsuz uçuş aparatları sinfinə daxildir.
“Arash-2” İranın uzaqmənzilli zərbə dronları arasında ən diqqətçəkən platformalardan biri hesab olunur. “Arash-2” İranın hərbi sənaye kompleksi tərəfindən hazırlanmış “loitering munition” (gəzən döyüş sursatı) tipli pilotsuz aparatdır. Bu kateqoriyaya aid dronlar əvvəlcədən müəyyən edilmiş istiqamətə uçur, hədəf zonasına çatdıqdan sonra müəyyən müddət havada qalaraq hədəfi gözləyir və daha sonra birbaşa hədəfə çırpılaraq partlayır. Bu səbəbdən belə sistemlər klassik pilotsuz kəşfiyyat dronlarından fərqli olaraq birbaşa döyüş sursatı funksiyasını yerinə yetirir.










