• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Media

Paşinyan Azərbaycanla sərhədə gəldi

06 Dekabr, 25 / 19:18
A A
Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın Baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla birlikdə Tavuş rayonunun Kirants kəndində Azərbaycanla sərhədin demarkasiya olunmuş hissəsinə baş çəkib.

Alyans.media Teleqraf-a istinadən xəbər verir ki, bu barədə N.Paşinyan özünün Feysbuk səhifəsində paylaşım edib.

Baş nazir qeyd edib ki, səfərin məqsədi Ermənistan hökumətinin rəhbər tutduğu ölkənin təhlükəsizliyinin təmin edilməsi konsepsiyasını nümayiş etdirməkdir.

“Təhlükəsizliyin bir nömrəli ideyası ordudursa, ikincisi ordudursa, üçüncüsü ordudursa, dördüncüsü ordudursa, o zaman təhlükəsizlik mövcud deyil və biz əmin olmalıyıq ki, təhlükəsizliyi təmin etmək üçün alətlər müxtəlif olsun. Bu divar bizim təhlükəsizliyi təmin etmək üçün alətimizdir”, – Paşinyan demarkasiyadan sonra Kirants qəsəbəsində tikilən divara toxunaraq qeyd edib.

Baş nazir təhlükəsizliyin təmin edilməsində legitimliyin də mühüm şərt olduğunu vurğulayıb:

“2022-ci ildə biz Ermənistanın ərazi bütövlüyünü ilk dəfə özümüz tanıdıq. Demarkasiya prosesi gedəndə çoxları Kirants kəndinin boşalacağını, Kirants məktəbinin sərhəddən cəmi 50 metr aralıda olduğunu, uşaqların təhlükəsizliyini təmin etmək mümkün olmayacağını deyirdilər. Onlar artıq bir ildir ki, məktəbdə dərs keçirlər. Kirantsda heç bir insident qeydə alınmayıb”.

Nikol Paşinyan həmçinin elan edib ki, bu ərazidə xidmət edən Ermənistan və Azərbaycan sərhədçiləri silahlarında güllə olmadan xidməti həyata keçirməyə razılaşıblar.

Əvvəlki yazı

Tramp İlham Əliyevə təşəkkür etdi

Növbəti yazı

“Qarabağ”-”Ayaks” oyununun kanalı dəyişdi 

XƏBƏR LENTİ

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

20/04/2026 23:52
Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

20/04/2026 23:28
İtaliyada 1 avroya evlər satılır

İtaliyada 1 avroya evlər satılır

20/04/2026 23:02
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20/04/2026 23:02
Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.