• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə İdman

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar, 26 / 13:01
A A
Rəsul Çunayevə vəzifə verildi

Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib.

Alyans.media  xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.

Bu barədə 35 yaşlı veteran idmançı açıqlama verib: “Yanvarın 26-dan etibarən Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsində fəaliyyətə başlamışam.

Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağımda göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı, beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirəcəyəm”.

O, işinin nədən ibarət olacağını da bildirib: “İşim bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq. Regionlarda Uşaq-Gənclər İdman Məktəbləri ilə əlaqəli fəaliyyət göstərmək və güləş klublarının işinə əməli kömək etmək üçün addımlar atacağam”.

Qeyd edək ki, Güləş Federasiyası daha öncə də karyeralarını başa vuran veteran idmançılara müxtəlif postları tapşırıb. Belə ki, Mariya Stadnik qadın, Hacı Əliyev sərbəst, Rafiq Hüseynov isə yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunublar.

Əvvəlki yazı

Hicran Hüseynova: Yeni qanun layihəsi uşaq hüquqları sahəsində sistemli hüquqi baza yaradacaq

Növbəti yazı

Nazir müavini: "Bakıda parklanma üçün nağd ödəniş qanun pozuntusudur"

XƏBƏR LENTİ

Metrodan istifadə edənlərin nəzərinə 

Metrodan istifadə edənlərin nəzərinə 

22/04/2026 15:58
Ukrayna ordusu Yaxın Şərqə daxil olur-Britaniya və Fransa ilə gizli plan

Ukrayna ordusu Yaxın Şərqə daxil olur-Britaniya və Fransa ilə gizli plan

22/04/2026 15:52
Latviya prezidenti "Bakı Ağ Şəhər"də olub

Latviya prezidenti "Bakı Ağ Şəhər"də olub

22/04/2026 15:44
Ərbildə neft emalı zavodunda PARTLAYIŞ 

Ərbildə neft emalı zavodunda PARTLAYIŞ 

22/04/2026 15:27
İran Hörmüzdə 2 xarici gəmini SAXLADI

İran Hörmüzdə 2 xarici gəmini SAXLADI

22/04/2026 15:23
İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib

İranın neft gəmiləri Vaşinqtona meydan oxuyur-Ağ Evin planları alt-üst oldu

22/04/2026 15:08
İran XİN: Diplomatiya üçün zəruri şərait yarandıqda, Tehran müvafiq addımlar atacaq

İran XİN: Diplomatiya üçün zəruri şərait yarandıqda, Tehran müvafiq addımlar atacaq

22/04/2026 15:00
Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib

22/04/2026 14:56
İran müharibəsi Almaniyada 200 mindən çox iş yerinin itirilməsinə səbəb ola bilər

İran müharibəsi Almaniyada 200 mindən çox iş yerinin itirilməsinə səbəb ola bilər

22/04/2026 14:52
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

22/04/2026 14:49
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.