Rusiyanın Perm diyarında çərşənbə günü, 29 aprel tarixində dron hücumlarından sonra qeyri-adi təbiət hadisəsi müşahidə olunub.
Alyans.media xəbər verir ki, şəhərdəki neft obyektlərinə edilən hücumlar nəticəsində yaranan genişmiqyaslı yanğınlardan sonra bölgəyə “neft yağışı” yağıb.
Sosial şəbəkələrdə Perm səmasını bürüyən qatı qara tüstünün görüntüləri sürətlə yayılıb.
Yerli sakinlərin verdiyi məlumata görə, yanğınlardan qısa müddət sonra yağan yağışla bərabər ətrafa qara ləkələr çöküb. Sakinlər geyimlərinin, avtomobillərinin və binaların üzərində tünd rəngli yağlı izlərin qaldığını bildirirlər.











