• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Bölgə

Şabrandakı qəzalı məktəblə bağlı - Açıqlama

16 Fevral, 26 / 12:51
A A
Şabrandakı qəzalı məktəblə bağlı - Açıqlama

Sosial şəbəkələrdə Şabran rayonu Padar kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Alyans.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, yayılan fotolardan sinif otaqlarının divarlarında iri çatların olduğu görünür.

Buna baxamayaraq, şagirdlər təhlükəli vəziyyətdə dərs keçmək məcburiyyətində qalırlar.

Problemlə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən təhsil müəssisəsinin əsaslı təmiri və ya yeni binanın inşası nəzərdə tutulur.

“Şabran rayon Padar kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir.

Hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır”, – məlumatda qeyd edilib.

Məlumatda həmçinin bildirilib ki, son iki ildə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilib, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib.

Əvvəlki yazı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Növbəti yazı

İran ABŞ-yə, İsrail İrana qarşı şərtlər irəli sürdü

XƏBƏR LENTİ

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

13/05/2026 12:29
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13/05/2026 12:04
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

13/05/2026 11:38
Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

13/05/2026 11:13
Daha 3 itkin şəhidimiz dəfn ediləcək

Daha 3 itkin şəhidimiz dəfn ediləcək

13/05/2026 10:46
Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

13/05/2026 10:18
Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

12/05/2026 23:36
Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

12/05/2026 23:11
Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

12/05/2026 22:38
Azər Əhmədov vəzifəsindən azad edildi

Azər Əhmədov vəzifəsindən azad edildi

12/05/2026 22:17
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.