• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

13 May, 26 / 16:09
A A
Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı Atırau şəhər akimi Keykin Şakir Keykinoviçlə nəzakət görüşü keçirib.

Alyans.media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı Baş konsulluğundan məlumat verilib. Görüş baş konsulun Atırau vilayətinə səfəri çərçivəsində təşkil olunub.

Görüşdə baş konsul Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixə malik olduğunu söyləyib. O, iki ölkənin prezidentləri arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib və regionda gedən proseslərdə dövlət başçılarının koordinasiyalı siyasət yürütdüyünü diqqətə çatdırıb.

Baş konsul, həmçinin Şirvan və Atırau şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladıb və qarşılıqlı səfərlərin təşkilinin əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Şəhər akimi öz növbəsində Atırau vilayəti haqqında məlumat verib və qeyd edib ki, Atırau “Qazaxıstanın neft paytaxtı” kimi tanınır, neft, qaz, mədənçıxarma və balıqçılıq vilayətin əsas sənaye sahələridir. Ş.Keykin vilayətdə aparılan quruculuq işləri və həyata keçirilən layihələr barədə söz açıb, diasporun fəaliyyətindən razılığını bildirib və azərbaycanlıların şəhərin həyatında aktiv iştirak etdiklərini qeyd edib.

Əvvəlki yazı

Azərbaycan və Rumıniya qanunvericiləri daha güclü əlaqələri müzakirə ediblər

Növbəti yazı

Bakıda mədənçilik və şəhərsalma mövzusunda dəyirmi masa keçirilir

XƏBƏR LENTİ

"Hizbullah" Livanın cənubunda İsrail hərbçilərinə qarşı kamikadze dronlardan istifadə edib

"Hizbullah" Livanın cənubunda İsrail hərbçilərinə qarşı kamikadze dronlardan istifadə edib

13/05/2026 17:16
OPEC apreldə Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC apreldə Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

13/05/2026 17:09
Azərbaycan ADB ilə "yaşıl maliyyələşmə"ni müzakirə edib

Azərbaycan ADB ilə "yaşıl maliyyələşmə"ni müzakirə edib

13/05/2026 17:05
Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

13/05/2026 16:59
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

13/05/2026 16:52
Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

13/05/2026 16:47
Hörmüz boğazından keçidi təmin etmək üçün Avropa koalisiya yaradır

Hörmüzün yaratdığı problemlər artmaqdadır

13/05/2026 16:35
SOCAR və MOL Group enerji təhlükəsizliyi və gələcək əməkdaşlığı müzakirə ediblər

SOCAR və MOL Group enerji təhlükəsizliyi və gələcək əməkdaşlığı müzakirə ediblər

13/05/2026 16:25
Bakıda mədənçilik və şəhərsalma mövzusunda dəyirmi masa keçirilir

Bakıda mədənçilik və şəhərsalma mövzusunda dəyirmi masa keçirilir

13/05/2026 16:16
Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

13/05/2026 16:09
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.