Alyans.media xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf X-də bildirib. O bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın MOL Qrupu səmərəli enerji həlləri vasitəsilə enerji təhlükəsizliyi və davamlı inkişafın dəstəklənməsi məqsədilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Nəcəf X-də yazıb: “Daşkənddə keçirilən OGU2026 [Özbəkistanın Neft və Qaz beynəlxalq sərgisi və konfransı – OGU] zamanı MOL Qrupunun Kəşfiyyat və Hasilat üzrə icraçı vitse-prezidenti Zsombor Marton ilə görüş keçirdik. Görüşdə SOCAR və MOL Qrupu arasında güclü və uzunmüddətli tərəfdaşlıq vurğulandı, eyni zamanda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə edildi”.
Məlumata görə, onlar Azərbaycandakı birgə kəşfiyyat layihələri, o cümlədən Şamaxı-Qobustan bölgəsindəki quru ərazisi üçün Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində davam edən işlər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin səmərəli enerji həlləri vasitəsilə enerji təhlükəsizliyi və davamlı inkişafın dəstəklənməsi məqsədilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.










