Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.
Alyans.media xəbər verir ki, Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyətinə dair qərarını vitse-spiker Ziyafət Əsəgrov oxuyub.
Qərara əsasən, Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb. Eyni zamanda Milli Məclisin Avronest Parlament Assambleyasına üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının tətbiqinə başlanılacaq.
Eyni zamanda Milli Məclisin Avropa İttifaqı Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsində iştirakına son qoyulur.










