Teleqram messencerinin administrasiyası bir gün ərzində yüz minlərlə kanal və qrupu bloklayıb.
Alyans.media xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında paylaşılıb.
Qeyd olunub ki, fevralın 15-də platforma qadağan olunmuş kontentin əks olunduğu 235 mindən çox qrup və kanalı bloklayıb. Bloklanan kanal və qrupların əsasən pornoqrafik və terror məzmunlu materiallar yaydığı açıqlanıb.










