Alyans.media WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən verdiyi məlumata görə , “Şəhərin Səsi” tədbiri Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçiriləcək .
Qeyd edilib ki, mayın 16-da Dünya Şəhər Forumunun (WUF13) On üçüncü sessiyası ərəfəsində keçirilən Azərbaycan Urbanizasiya Kampaniyasının tərkib hissəsi olan Bakı Şəhər Həftəsi çərçivəsində “Şəhərin Səsi” tədbiri keçiriləcək.
“Şəhərin Səsi” tədbiri çərçivəsində memarlıq və şəhərsalma mövzuları musiqi, rəqəmsal incəsənət, kino irsi və müasir yaradıcı ifadə vasitələri vasitəsilə təqdim olunacaq:
“Tədbirin keçiriləcəyi məkan, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası müasir audiovizual incəsənət mərkəzinə çevriləcək. Tədbir zamanı Bakının qədim yaddaşının və yaradıcı enerjisinin müasir bədii yanaşma ilə vəhdətini əks etdirən rəqəmsal proyeksiyalar canlanacaq, müxtəlif canlı vizual tamaşalar keçiriləcək, divar rəsmləri konsepsiyaları və qrafiti elementləri nümayiş etdiriləcək. Məkanın dinamik atmosferi elektron musiqi və DJ ifaları ilə tamamlanacaq.”
“Şəhərin Səsi” tədbiri 16 may 2026-cı il tarixində saat 19:30-da başlayacaq”, – deyə açıqlamada qeyd olunub.
Tədbirə giriş pulsuzdur və iştirak əvvəlcədən qeydiyyat əsasında mümkün olacaq. Tədbirdə iştirak etmək istəyənlər qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.









