Yaxın Şərqdə gərginliyin artması dünya enerji bazarlarına ciddi təsir göstərməyə başlayıb. ABŞ və İsrail qüvvələrinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra regionda təhlükəsizlik vəziyyəti kəskinləşib və neft bazarında qiymətlər yenidən yüksəlib.
Alyans.media bu barədə xarici mətbuata istinadən xəbər verir. Münaqişə xüsusilə strateji əhəmiyyətə malik Hörmüz boğazı ətrafında vəziyyəti daha da həssas edib. Bu boğaz vasitəsilə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi nəql olunur və bölgədə hərbi qarşıdurma ticarət marşrutlarına ciddi risk yaradır.
Sevinc Yarməmmədova










