Beynin fəaliyyətində yaşa bağlı ilkin dəyişikliklər adətən 36–39 yaş arasında üzə çıxır.
Alyans.media xəbər verir ki, rusiyalı tədqiqatçılara görə, insan əsas intellektual potensialını məhz bu yaş dövrünə qədər formalaşdırır və sonrakı həyatında və peşə fəaliyyətində əsasən bu bilik və bacarıqlardan istifadə edir.
Alimlər vurğulayırlar ki, beyin qocalma sürəti hər fərddə müxtəlif olur. Bu proses həyat tərzi, zehni və fiziki fəaliyyət, həmçinin irsi xüsusiyyətlərdən ciddi şəkildə asılıdır.
Sevinc Yarməmmədova










