• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Təhsil

19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb

15 May, 26 / 16:37
A A
Dünənki imtahanın nəticələri 6 həftə sonra açıqlanacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.

Alyans.media xəbər verir ki,bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 37593 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 14 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

  • İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
  • Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Əvvəlki yazı

Stolüstü tennisçilər Çinə yollanıblar

Növbəti yazı

Trampdan İranla bağlı mühüm AÇIQLAMA

XƏBƏR LENTİ

İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

15/05/2026 19:06
“Leyla” ana olacaq

“Leyla” ana olacaq

15/05/2026 18:18
Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var

Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var

15/05/2026 17:51
SON DƏQİQƏ: Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

SON DƏQİQƏ: Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

15/05/2026 17:23
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb

TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb

15/05/2026 17:00
Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Tramp

Trampdan İranla bağlı mühüm AÇIQLAMA

15/05/2026 16:50
Dünənki imtahanın nəticələri 6 həftə sonra açıqlanacaq

19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb

15/05/2026 16:37
Stolüstü tennisçilər Çinə yollanıblar

Stolüstü tennisçilər Çinə yollanıblar

15/05/2026 16:29
Paralimpiya çempionumuza xüsusi mükafat təqdim olunub

Paralimpiya çempionumuza xüsusi mükafat təqdim olunub

15/05/2026 16:26
Prezident təməlqoyma mərasimində

Prezident təməlqoyma mərasimində

15/05/2026 16:14
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.