• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə hərbi

SON DƏQİQƏ: Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

15 May, 26 / 17:23
A A
SON DƏQİQƏ: Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, peşəkar ordu modelinə keçid istiqamətində atılan addımlar fonunda orta təhsilli şəxslərin də qısa müddətdə xidmət keçməsi məsələsi gündəmə gəlir. Ekspertlər hesab edirlər ki, xidmət müddətinin azaldılması ilə yanaşı, məktəblərdə çağırışaqədərki hərbi hazırlığın da gücləndirilməsi vacibdir.

Bəs orta təhsilli şəxslər gələcəkdə 1 il hərbi xidmət keçə biləcəklərmi?
Alyans.media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda hərbi xidmətlə bağlı müxtəlif təkliflər səsləndirilsə də, bu istiqamətdə nə qanunverici orqanların, nə də güc strukturlarının nümayəndələri ciddi münasibət bildirirlər.
Ekspertin sözlərinə görə, Azərbaycanda hərbi xidmət müddətinin azaldılmasına ehtiyac var:
“Biz peşəkar orduya keçid edirik. Bu baxımdan hərbi xidmət müddətinin də azaldılması vacibdir. Hazırda orta təhsilli şəxslər 1 il 6 ay xidmət edirlər. Hesab edirəm ki, 1 il kifayət qədər normal müddətdir. Hətta gələcəkdə bunu 9 aya endirmək də mümkündür. Amma bunun üçün müəyyən zaman lazımdır”.
Üzeyir Cəfərov qeyd edib ki, orta təhsilli şəxslərin 1 il xidmət keçməsi gələcəkdə reallaşa bilər.
“Bu dəyişikliklə paralel olaraq məktəblərdə çağırışaqədərki hazırlıq dərslərinin keyfiyyəti də artırılmalıdır. Orta məktəblərdə, liseylərdə və texniki peşə məktəblərində hərbi hazırlıq dərsləri gücləndirilməli, şagirdlər əyani vəsaitlərlə təmin olunmalıdır.
Təklif edirəm ki, Elm və Təhsil Nazirliyinin xətti ilə ehtiyatda olan zabitlər məktəblərdə hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərsinlər. Gənclərə çağırışa qədər ilkin hərbi biliklər və praktiki hazırlıq keçirilməlidir”.
Hərbi ekspertin fikrincə, gələcəkdə Azərbaycanda orta təhsilli şəxslərin 1 illik hərbi xidmət sisteminə keçid mümkündür və ölkə gec-tez bu məsələyə qayıdacaq.
Əvvəlki yazı

TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb

Növbəti yazı

Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var

XƏBƏR LENTİ

İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

15/05/2026 19:06
“Leyla” ana olacaq

“Leyla” ana olacaq

15/05/2026 18:18
Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var

Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var

15/05/2026 17:51
SON DƏQİQƏ: Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

SON DƏQİQƏ: Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

15/05/2026 17:23
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb

TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb

15/05/2026 17:00
Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Tramp

Trampdan İranla bağlı mühüm AÇIQLAMA

15/05/2026 16:50
Dünənki imtahanın nəticələri 6 həftə sonra açıqlanacaq

19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb

15/05/2026 16:37
Stolüstü tennisçilər Çinə yollanıblar

Stolüstü tennisçilər Çinə yollanıblar

15/05/2026 16:29
Paralimpiya çempionumuza xüsusi mükafat təqdim olunub

Paralimpiya çempionumuza xüsusi mükafat təqdim olunub

15/05/2026 16:26
Prezident təməlqoyma mərasimində

Prezident təməlqoyma mərasimində

15/05/2026 16:14
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.