Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin parlamentinin üzvü Bruno Fuks ilə görüşüb və Azərbaycan ilə Ermənistan arasında sülh prosesini müzakirə edib.
Alyans.media xəbər verir ki, bu barədə fransalı deputat X-dəki hesabında yazıb.
“Görüşdə həmçinin İrandakı müharibə, Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub” , – Fuks bildirib.










