Şotlandiyada sahildə itlərini gəzdirən bir cütlük təsadüfən qədim arxeoloji tapıntı aşkar edib. Hadisə ölkənin Angus bölgəsində yerləşən Lunan Bay sahilində baş verib.
Alyans.media bu barədə xarici mətbuata istinadən xəbər verir. Cütlük sahildə qum üzərində qəribə izlər gördükdən sonra bu barədə arxeoloqlara məlumat verib. Aparılan araşdırmalar nəticəsində izlərin təxminən 2000 il əvvələ aid olduğu müəyyən edilib.
Alimlərin sözlərinə görə, izlər Roma imperiyası dövründə həmin ərazidə yaşayan insanlara aid ola bilər. Bu cür qədim insan ayaq izlərinin qorunub qalması çox nadir hadisə hesab olunur.
Mütəxəssislər tapıntını foto və 3D modelləşdirmə vasitəsilə sənədləşdirsələr də, bir neçə gün sonra güclü dalğalar sahili yuyaraq izlərin böyük hissəsini məhv edib. Buna baxmayaraq, tədqiqatçılar tapıntının bölgənin qədim tarixi haqqında mühüm məlumatlar verdiyini bildirirlər.
Sevinc Yarməmmədova










