Rusiya–Ukrayna münaqişəsi kontekstində Telegram mesajlaşma tətbiqi rus əsgərləri, hərbi bloqçular və könüllü qruplar üçün kritik ünsiyyət vasitəsinə çevrilib. Bu platforma, ənənəvi komanda strukturlarının xaricində sürətli ünsiyyət və koordinasiya üçün istifadə olunur – xüsusən döyüş əməliyyatları zamanı real vaxtda məlumat mübadiləsi üçün.
Alyans.media bu barədə xarici mətbuata istinadən xəbər verir. Xəbərdə deyilir ki, Rusiya daxilində Telegramın fəaliyyəti məhdudlaşdırıla və ya tamamilə qadağan oluna bilər ki, bu da həm hərbi əməliyyatlar üçün, həm də cəmiyyət daxilində əlaqə üçün ciddi çətinliklər yarada bilər. Bir rus əsgəri bu vəziyyəti belə təsvir edib:
“Bütün hərbi əlaqə Telegram vasitəsilədir – bu, bütün rus ordusunun başına silah çəkilməsi kimi bir şey olar.”
Hökumət bu addımları internet məkanı üzərində nəzarəti gücləndirmək siyasətinin bir hissəsi olaraq izah edir və tətbiqin qarşısını almaq üçün müxtəlif cəhdlər etdiyi bildirilir.
Sevinc Yarməmmədova










