Çində məşhur şirkətlərdən birinin təsisçisi Yu Donglai işçilərin xoşbəxtliyinə yönəlmiş yeni bir siyasət tətbiq edib.
Alyans.media xarici mətbuata istinadən xəbər verir ki, yeni siyasətə görə, işçilər özlərini bədbəxt və ya stressli hiss etdikdə rəhbərliyin razılığı olmadan belə məzuniyyətə çıxa bilərlər.
“Bədbəxtlik məzuniyyəti” adlanan bu sistem işçilərin zehni və fiziki sağlamlığını qorumağı və iş-həyat balansını gücləndirməyi hədəfləyir.










