• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs

24 Aprel, 26 / 10:28
A A
Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs

Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən gün keçirilən əməliyyatlarla bağlı birgə məlumat yayıb.

Alyans.media xəbər verir ki, məlumatda deyilir:

“Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bununla bağlı Xidmətdən daxil olmuş və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini – səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 311.3.2,  311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi də təmin olunacaq”.

 

Əvvəlki yazı

Günay Avropa üçüncüsü oldu

Növbəti yazı

21 yaşlı gənc ölü tapıldı - Foto

XƏBƏR LENTİ

“İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik” - XİN

“İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik” - XİN

24/04/2026 13:22
Prezident Sərəncam imzaladı: Bu şəxslərə 2750 manat veriləcək

Prezident Sərəncam imzaladı: Bu şəxslərə 2750 manat veriləcək

24/04/2026 12:57
Şagird məktəbdə özünə xəsarət yetirdi - Video

Şagird məktəbdə özünə xəsarət yetirdi - Video

24/04/2026 12:31
Bu işçilər "bədbəxtlik məzuniyyəti"nə çıxacaq - SƏBƏB

Bu işçilər "bədbəxtlik məzuniyyəti"nə çıxacaq - SƏBƏB

24/04/2026 12:07
Yeni qanuna əsasən bunu edənlər həbs olunacaq

Yeni qanuna əsasən bunu edənlər həbs olunacaq

24/04/2026 11:41
Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı

Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı

24/04/2026 11:18
21 yaşlı gənc ölü tapıldı - Foto

21 yaşlı gənc ölü tapıldı - Foto

24/04/2026 10:55
Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs

Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs

24/04/2026 10:28
Günay Avropa üçüncüsü oldu

Günay Avropa üçüncüsü oldu

23/04/2026 23:36
Metroda qatarların hərəkəti tam bərpa olundu

Metroda qatarların hərəkəti tam bərpa olundu

23/04/2026 23:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.