Kamçatkada (Rusiya) 5,5 maqnitudalı zəlzələ baş verib.
Alyans.media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından bildirilib.
“Seysmik hadisənin maqnitudası 5,5 olub, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 63 km məsafədə yerləşib”, – müəssisədən bildiriblər.
Məlumata görə, Petropavlovsk-Kamçatskidə yeraltı təkanlar 4 bala qədər hiss oluna bilər.









