• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Manşet

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

25 Aprel, 26 / 16:23
A A
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər. Alyans.media AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.

Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, – SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, – eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.

Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.

Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, – sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, – gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

Bir daha Sizi və bütün ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram.

x x x

Sonra Ukrayna Prezidenti bəyanatla çıxış etdi.

Prezident Volodimir Zelenskinin
bəyanatı

-Hörmətli cənab Prezident, çox sağ olun.

Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. O cümlədən nümayəndə heyətimizə göstərilən diqqətə görə minnətdaram.

Bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynaya eyni münasibəti görmüşük.

Əlbəttə ki, müharibə başladıqdan sonra bu, mənim Azərbaycana ilk səfərimdir və mən buraya nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm.

Bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq.

Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Əlavə olaraq, mən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız bu çox sərt qış şəraitində də davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük. Lakin buna baxmayaraq, enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz Azərbaycandan 11 yardım paketini almışıq. Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət etdik. Biz, həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq.

Əvvəlcə biz energetika sahəsini müzakirə etdik, əməkdaşlığımıza nəzər saldıq. Bu gün, əslində, nəinki Ukrayna üçün, bütün dünya üçün, Avropa üçün bu, böyük bir çağırışdır. İranla müharibə aparılır. Bizə bu halda etibarlı tərəfdaşlarımız lazımdır. Buna görə Sizə təşəkkür edirik. Biz çox şadıq ki, azərbaycanlı tələbələr əksər hallarda məhz Ukraynanı öz təhsil ocağı kimi seçirlər. Biz buna görə də təşəkkür edirik.

Biz, eyni zamanda, sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə.

Cənab Prezident, düşünürəm, müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və çox çalışmalıyıq ki, bu məqsədə nail olaq.

Silahların istehsalına gəldikdə, bu, bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin. İstənilən bir ölkəni götürsək, hətta nəzəri baxımdan əgər o, təcavüzlə üzləşərsə bilməlidir ki, öz hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz sabitliyə, sülhə gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni arzularımızı biz, həmçinin öz ünvanımıza bildiririk.

Bu gün biz ən çətin, ən ağır müharibə şəraitindəyik. Sizə səmimi deyim, cənab Prezident, mən bir hesabatı gördüm. Rusiya müxtəlif yerlərə yenidən aviazərbələr endirib. Dağıntılar göz qarşısındadır. Onlar dəmir yollarına, enerji infrastrukturuna, mülki təyinatlı obyektlərə hücum çəkirlər. Əfsuslar olsun ki, bu gün artıq bəzi şəxslər öz həyatını itirib və xəsarət alan da var.

Cənab Prezident, Sizə minnətdaram ki, başsağlığı verdiniz. Bütün bu səfəri təşkil etdiyinizə görə Sizə çox təşəkkür edirəm.

Əvvəlki yazı

Kamçatkada 5,5 maqnitudalı zəlzələ olub

Növbəti yazı

Naxçıvanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub

XƏBƏR LENTİ

Bakı təhsilinin "Boz kardinal"ı və ya lisenziyasız dövlət qulluqçusu

25/04/2026 19:20
WUF13: Bakı BMT-nin şəhər həyatı prinsiplərinə uyğundur

WUF13: Bakı BMT-nin şəhər həyatı prinsiplərinə uyğundur

25/04/2026 19:16
İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

25/04/2026 19:12
İran XİN rəhbəri Omana gedib

İran XİN rəhbəri Omana gedib

25/04/2026 19:10
Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib

Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib

25/04/2026 19:08
Premyer Liqa: "Sumqayıt" "İmişli"yə qalib gəlib

Premyer Liqa: "Sumqayıt" "İmişli"yə qalib gəlib

25/04/2026 19:01
Psixi sağlamlıq və onun qorunması

Psixi sağlamlıq və onun qorunması

25/04/2026 18:32
Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

25/04/2026 18:12
“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

25/04/2026 17:48
Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

25/04/2026 17:32
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.