• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Manşet

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26 Aprel, 26 / 15:56
A A
İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb.

Alyans.media xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli dostlar,

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır.

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq.

2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, eyni zamanda Birgə Bəyannamə imzalanmışdır. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur.

Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir.

Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

Hörmətli dostlar,

“Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Bu mükafata görə bir daha təşəkkürümü ifadə edir, sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram”.

Əvvəlki yazı

Aprelin 27-də gözlənilən hava şəraiti

Növbəti yazı

Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq

XƏBƏR LENTİ

Hitrou hava limanı İran müharibəsinin 2026-cı il üçün sərnişin sayına təsir edəcəyini gözləyir

Hitrou hava limanı İran müharibəsinin 2026-cı il üçün sərnişin sayına təsir edəcəyini gözləyir

29/04/2026 17:00
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq 

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq 

29/04/2026 16:53
"Müharibə bitməyib" — İrandan ABŞ və İsrailə qanlı qisas və hərbi hazırlıq mesajı

"Müharibə bitməyib" — İrandan ABŞ və İsrailə qanlı qisas və hərbi hazırlıq mesajı

29/04/2026 16:45
AZPROMO və Çexiya Sənaye Konfederasiyası anlaşma memorandumu imzalayıblar

AZPROMO və Çexiya Sənaye Konfederasiyası anlaşma memorandumu imzalayıblar

29/04/2026 16:35
AZAL Milli Aviasiya Akademiyasından gənc mütəxəssisləri Avropaya təlim üçün göndərir

AZAL Milli Aviasiya Akademiyasından gənc mütəxəssisləri Avropaya təlim üçün göndərir

29/04/2026 16:26
Reqatada 2-ci yeri tutan avarçəkən: Azərbaycana ilk medalı qazandırdığım üçün şadam

Reqatada 2-ci yeri tutan avarçəkən: Azərbaycana ilk medalı qazandırdığım üçün şadam

29/04/2026 16:16
Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus dronlar Rusiyanın Tuapse limanı yaxınlığında sanksiyalı neft tankerinə zərbə endirib

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus dronlar Rusiyanın Tuapse limanı yaxınlığında sanksiyalı neft tankerinə zərbə endirib

29/04/2026 16:12
Azərbaycan BƏƏ ilə dənizçilik əməkdaşlığını genişləndirir

Azərbaycan BƏƏ ilə dənizçilik əməkdaşlığını genişləndirir

29/04/2026 16:00
Mayda temperatur 32 dərəcəyədək yüksələcək

Mayda temperatur 32 dərəcəyədək yüksələcək

29/04/2026 15:48
"Hörmüz boğazı rüsumsuz açılmalıdır" — Avropa Komissiyası Tehrana qarşı tələblərini irəli sürdü

"Hörmüz boğazı rüsumsuz açılmalıdır" — Avropa Komissiyası Tehrana qarşı tələblərini irəli sürdü

29/04/2026 15:40
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.