Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində yanğın baş verib.
Alyans.media xəbər verir.
APA-nın Rusiya bürosu xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanan binanın içərisində 200-ə qədər insan ola bilər.
Hazırda 21 nəfərin xilas edildiyi bildirilib.
Operativ xidmətlər yanğının yayıldığını bildirir.










