Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.
Alyans.media xəbər verir ki, dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.










