• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər

15 May, 26 / 22:32
A A
TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak edəcəklərini təsdiqləyiblər.

Alyans.media xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində bildirilir.

“İnklüziv, dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz şəhərlərin və icmaların təşviqi üçün şəhərsalma planlaşdırılmasının, eləcə də rəqəmsal texnologiyalardan, innovativ həllərdən və məlumatlara əsaslanan yanaşmalardan istifadə etməklə dayanıqlı şəhər və məkan inkişafının strateji əhəmiyyətini vurğulayırıq. Biz 2026-cı il mayın 17-dən 22-dək Azərbaycan Respublikasında “Dünyanın mənzillə təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunda keçiriləcək WUF13-də fəal iştirak etmək niyyətimizi təsdiqləyirik”, – bəyannamədə qeyd olunur.

Sənədə əsasən, imzalayan tərəflər süni intellekt və rəqəmsal texnologiyalar sahəsində, o cümlədən TÜRKPA vasitəsilə hüquqi bazanın uyğunlaşdırılması istiqamətində səyləri gücləndirmək barədə də razılığa gəliblər.

Liderlər 2025-ci ilin noyabrında Azərbaycanda yaradılmış Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, onun rəqəmsal innovasiyaların inkişafı, startap ekosistemlərinin dəstəklənməsi, eləcə də Azərbaycanda və daha geniş regionda rəqəmsal transformasiyanın təşviqi üçün əhəmiyyətini vurğulayıblar.

Sənəddə vurğulanır ki, mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem daxilində əməkdaşlığın inkişafı, eləcə də regionda və onun hüdudlarından kənarda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Əvvəlki yazı

SAT imtahanı ilə bağlı xəbərdarlıq - "Saxtakarlıq halları var‘’

Növbəti yazı

Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

XƏBƏR LENTİ

Yayda bu qidaları yeməyin – Təhlükəlidir

Yayda bu qidaları yeməyin – Təhlükəlidir

15/05/2026 23:32
Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

15/05/2026 23:00
TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər

TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər

15/05/2026 22:32
SAT imtahanı ilə bağlı xəbərdarlıq - "Saxtakarlıq halları var‘’

SAT imtahanı ilə bağlı xəbərdarlıq - "Saxtakarlıq halları var‘’

15/05/2026 22:05
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş

FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş

15/05/2026 21:26
“Xarıbülbül” festivalı onların konserti ilə başa çatdı – Fotolar

“Xarıbülbül” festivalı onların konserti ilə başa çatdı – Fotolar

15/05/2026 20:58
Evdə hantavirusu belə yoxlamaq olur

Evdə hantavirusu belə yoxlamaq olur

15/05/2026 20:28
WUF13 nəqliyyat xidmətləri istifadəyə verildi

WUF13 nəqliyyat xidmətləri istifadəyə verildi

15/05/2026 20:01
“Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”

“Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”

15/05/2026 19:33
İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

15/05/2026 19:06
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.