İtaliyanın “Atalanta” klubunun baş məşqçisi Raffaele Palladinonun vəzifəsində qalıb-qalmayacağı sual altındadır.
Alyans.media yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi son nəticələrdən narazıdır.
Onlar mövsümün sonunda baş məşqçi dəyişikliyini ciddi şəkildə nəzərdən keçirirlər.
42 yaşlı mütəxəssis ötən ilin noyabrında bu posta təyinat alıb və ikiillik müqavilə imzalayıb.
Xatırladaq ki, bütün yarışlarda son 12 oyunda cəmi iki qələbə qazanan “Atalanta” hazırda İtaliya A Seriyasında 54 xalla 7-ci pillədə qərarlaşıb.










