• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Azərbaycanın xarici işlər naziri UNESCAP-a sədr seçilib

20 Aprel, 26 / 13:32
A A
Azərbaycanın xarici işlər naziri UNESCAP-a sədr seçilib

Aprelin 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına (UNESCAP) sədr seçilib. Ölkəmizin növbəti bir il ərazində UNESCAP-a sədrlik etməsi nəzərdə tutulub.

Alyans.media xəbər verir ki, bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, “Heç kəsi geridə qoymamaq: Asiya və Sakit okean regionunda bütün yaşlar üçün cəmiyyətin irəlilədilməsi” mövzusuna həsr olunmuş sessiyanın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına ünvanlanmış müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.

Prezidentin müraciətində qlobal miqyasda artan geosiyasi gərginliklərin beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı çağırışlar qeyd olunub, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti bir daha vurğulanıb.

Müraciətdə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişlər, Böyük Qayıdış proqramı, mina təhlükəsinin yaratdığı təhdidlər, dayanıqlı inkişaf göstəriciləri, Orta Dəhlizin artan rolu və ölkənin enerji təhlükəsizliyi ilə regional bağlantıya töhfəsi önə çəkilib.

Müraciətdə Azərbaycanın beynəlxalq təşkilatlar və platformalarda artan fəallığı diqqətə çatdırılıb. Türk Dövlətləri Təşkilatına, AQEM-ə sədrlik, COP29-un uğurla təşkili və tarixi nəticələri, D-8 üzvlüyümüz, qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu və digər təşəbbüslər vurğulanıb.

Daha sonra, nazir Ceyhun Bayramov sessiyanın sədri qismində çıxış edərək Azərbaycanın inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji, regional əlaqəlilik və çoxtərəfli əməkdaşlıq sahələrində prioritetlərini təqdim edib.

Çıxışda vurğulanıb ki, sürətlə dəyişən qlobal şəraitdə inklüzivlik əsas istiqamət olaraq qalmalıdır. Bu yanaşmanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində həyata keçirildiyi və bilik əsaslı, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasını hədəflədiyi diqqətə çatdırılıb.

Rəqəmsal texnologiyalar, onlayn dövlət xidmətləri və süni intellekt tətbiqləri idarəetmənin səmərəliliyini artırdığı qeyd edilib.

Çıxışda bərpa olunan enerji mənbələrinin həm iqlim, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanıb. Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi razılaşmalar, o cümlədən ildə ən azı 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunması öhdəliyi xatırlanıb. Bu öhdəliklərin praktiki layihələrə çevrilməsinin vacibliyi qeyd olunub.

Nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta Dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib.

Çıxışda bölgəmizdə sülh quruculuğu səylərinin, Cənub–Cənub əməkdaşlığının, çoxtərəfli diplomatiyanın önəmi qeyd olunub.

Sessiya çərçivəsində ümumi müzakirələr zamanı, həmçinin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Çıxış zamanı, regionda inklüziv və dayanıqlı inkişafın təşviqi, sosial bərabərliyin gücləndirilməsi və bütün təbəqələrin inkişaf prosesinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və qlobal və regional proseslər də fəal iştirakının bariz təzahürüdür.

UNESCAP Asiya və Sakit okean regionunda iqtisadi və sosial əməkdaşlığı təşviq edən BMT-nin əsas regional platformalarından biri olmaqla, dayanıqlı inkişaf, inklüziv artım və sosial rifah məsələləri üzrə dialoq üçün mühüm rol oynayır.

Əvvəlki yazı

Brüsseldə İsrail və Fələstin arasında sülh müzakirə olunur

Növbəti yazı

Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib

XƏBƏR LENTİ

Yasamalın bir hissəsində qaz kəsilib

Yasamalın bir hissəsində qaz kəsilib

20/04/2026 14:54
Hindistan Baş nazirinin açılışını edəcəyi neftayırma zavodunda yanğın olub

Hindistan Baş nazirinin açılışını edəcəyi neftayırma zavodunda yanğın olub

20/04/2026 14:46
Azərbaycan Kuboku: "Sabah" - "Qarabağ" oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq

Azərbaycan Kuboku: "Sabah" - "Qarabağ" oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq

20/04/2026 14:43
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırıb: Bu mövzunu qapadırıq

Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırıb: Bu mövzunu qapadırıq

20/04/2026 14:39
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

20/04/2026 14:35
ABŞ: Tariflərə qarşı 175 milyard dollarlıq iddialar

ABŞ: Tariflərə qarşı 175 milyard dollarlıq iddialar

20/04/2026 14:30
Nəriman Axundzadə son dəqiqələrdə oyuna daxil oldu, tribunalar coşdu

Nəriman Axundzadə son dəqiqələrdə oyuna daxil oldu, tribunalar coşdu

20/04/2026 14:24
Krasnodarda dron zərbələrindən sonra neft dənizə sızıb

Krasnodarda dron zərbələrindən sonra neft dənizə sızıb

20/04/2026 14:19
Bu ilin ilk rübündə Aİ ölkələrindən 698 Gürcüstan vətəndaşı deportasiya edilib

Bu ilin ilk rübündə Aİ ölkələrindən 698 Gürcüstan vətəndaşı deportasiya edilib

20/04/2026 14:14
Çin XİN: Pekin İran və ABŞ arasında barışığa töhfə vermək niyyətindədir

Çin XİN: Pekin İran və ABŞ arasında barışığa töhfə vermək niyyətindədir

20/04/2026 14:08
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.