• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Bakının mərkəzində minlərlə ev SÖKÜLƏCƏK

22 Fevral, 26 / 19:36
A A
Bakının mərkəzində minlərlə ev SÖKÜLƏCƏK

Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir.

Hazırda isə Yasamal rayonunun “Sovetski” adlanan ərazisində söküntü işləri dövlət tərəfindən aparılır. Bu ərazilər dövlət ehtiyacları üçün alınır və yaxın gələcəkdə burada böyük parkların salınması planlaşdırılır.

Alyans.media bildirir ki, “Sovetski” adlanan ərazidə ilin sonunadək 4 200-dən çox mənzilin sökülməsi nəzərdə tutulur. Dövlət layihəsinə əsasən, indiyədək “Sovetski”də 600 mənzil tam, 850-yə yaxın mənzil isə qismən sökülüb. Məqsəd Bakını müasir görkəmdə, daha avanqard və rahat şəhərə çevirməkdir.

Yenidənqurma işləri aparılan ərazilərdə mədəniyyət abidələrinin və dövlət əhəmiyyətli tikililərin sökülməsi nəzərdə tutulmayıb. Yəni müasirliklə tarix vəhdət təşkil edəcək. Bu isə dövlətin mədəni irsə həssas yanaşmasının bariz nümunəsidir.

Söküntü işləri paytaxtın tarixi binalarını qorumaqla yanaşı, yaşıllıq ərazilərinin genişləndirilməsinə yönəlib. Necə ki, illər əvvəl Mərkəzi park da eyni məqsədlə salınıb.

Bakının 8 rayonunda SÖKÜNTÜ: Yüzlərlə ailəyə kompensasiya ÖDƏNİLDİ

Beləliklə, şəhərin mərkəzində həm ekoloji mühit yaxşılaşacaq, həm də sakinlərin asudə vaxtlarının daha rahat təşkili təmin olunacaq. Nəticədə paytaxt Bakı daha insanyönümlü şəhərə çevriləcək.

Sakinlərin sözlərinə görə, hazırda ərazidə hava bir qədər küləklidir və insan azdır. Lakin yay aylarında burada sıxlıq yaşanır:

“İndi hava bir az küləklidir, adam azdır. Amma yayda burada tərpənmək olmur. Ərazi nə qədər böyük olsa, bir o qədər yaxşı olar, inşallah”.

Digər sakin isə qeyd edib:

“Bura insanların istirahət üçün seçdiyi məkandır. Xüsusilə həftəsonları daha da abadlaşdırılsa, çox gözəl olar”.

Qeyd edək ki, paytaxtın yeddi rayonunda – Yasamal, Binaqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda istismar müddətini başa vurmuş binaların sökülməsi nəzərdə tutulub.  /AzTV

Əvvəlki yazı

Hindistanda qırıcı təyyarə qəzaya uğradı

Növbəti yazı

Moskvada ən hündür müqəvva yandırıldı

XƏBƏR LENTİ

Rayonlara yağış, kəndlərə dolu yağıb

Rayonlara yağış, kəndlərə dolu yağıb

13/05/2026 20:19
“Fənərbağça”ya daha bir zərbə - Bu dəfə UEFA-dan

“Fənərbağça”ya daha bir zərbə - Bu dəfə UEFA-dan

13/05/2026 19:49
Dünyada daha bir virus yayıldı - 1700 insan karantinə alındı

Dünyada daha bir virus yayıldı - 1700 insan karantinə alındı

13/05/2026 19:22
İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

13/05/2026 18:53
Trampın Çinə səfəri başlayıb

Trampın Çinə səfəri başlayıb

13/05/2026 18:40
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

13/05/2026 18:36
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib

Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib

13/05/2026 18:33
Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

13/05/2026 18:30
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib

Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib

13/05/2026 18:19
Şərur rayonuna dolu yağıb

Şərur rayonuna dolu yağıb

13/05/2026 18:11
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.