İranın ABŞ ilə hər hansı danışıqlara başlamaq niyyətində olmadığı bildirilib. Alyans.media xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının sabiq ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin köməkçisi Məhəmməd Muxbir “IRIB News”a müsahibəsində səsləndirib.
Muxbir ABŞ-yə etimad göstərmədiklərini vurğulayaraq, mövcud vəziyyətin tələb etdiyi təqdirdə hərbi əməliyyatların uzun müddət davam edə biləcəyini qeyd edib. O, bu prosesi İranın İraqla səkkiz il davam edən müharibəsi ilə müqayisə edib.
Rəsmi Tehranın açıqlaması regionda onsuz da artan gərginliyin fonunda diqqətlə izlənilir.
Sevinc Yarməmmədova










