Livanın paytaxtı Beyrutdakı İran səfirliyinə hücum edilərsə, bütün dünyada yerləşən İsrail səfirliklərinə zərbələr endiriləcək.
Alyans.media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəz Şəkərçi bildirib.
“Əgər İsrail bunu edərsə, bu ölkənin bütün səfirlikləri bizim üçün qanuni hədəfə çevriləcək”, – Şəkərçi qeyd edib.










