• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“JEK pulu” nə qədər olmalıdır?

17 Mart, 26 / 10:34
A A
“JEK pulu” nə qədər olmalıdır?

Azərbaycanda “JEK”lərə (Mənzil Kommunal İstismar Sahəsi) ödənilən pul məsələsi tez-tez gündəmə gəlir. Məsələni aktuallaşdıran səbəb isə “JEK”lərin pul toplamasının qanuni olub-olmamasıdır. Söhbət ondan gedir ki, Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə edilməsi üsullarının sırasında bu qurumun adı yer almayıb. 

Alyans.media xəbər verir ki, məcəlləyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur:

– Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarəedilmə;

– Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarəedilmə;

– İdarəedici təşkilat tərəfindən idarəedilmə.

Bununla belə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda bildirilib ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər. “JEK”lərin mənzillərə yalnız müqavilə əsasında xidmət göstərməsi Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli Qərarında da öz əksini tapıb.

Qurumun “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Qərarında, həmçinin “JEK”lərin topladıqların xidmət haqqının məbləği də müəyyən edilib.

Sənədə əsasən, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün 1 ayda 1,5 qəpik təşkil edir. Lakin reallıqda bir çox hallarda “JEK”lər tərəfindən evlərin saxlanılması üçün xidmət haqqı hər kvadratmetrə görə 2 qəpikdən olmaqla, evin yaşayış sahəsinə yox, ümumi sahəyə tətbiq etməklə hesablanaraq ödənilməsi tələb edilir.  

“JEK”lər bundan başqa, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə haqqın da (“zibil pulu”) yığılmasını həyata keçirir. Bu xidmətə görə haqq mənzildə qeydiyyatda olan hər bir nəfərə görə aylıq 1 manat təşkil edir.

İstər evlərin saxlanılması üçün haqqı, istərsə də “zibil pulu” ilə bağlı digər məqam isə “JEK”lər tərəfindən bu xidmətlərə görə ödənişlərin nağd formada toplanılmasıdır. Halbuki “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, belə yığımlar yalnız nağdsız qaydada aparılmalıdır.

Əvvəlki yazı

Tonqalı bu ərazilərdən azı 50 metr kənarda yandırın!

Növbəti yazı

İran ordusu 5000 hərbçisini itirdi - KİV

XƏBƏR LENTİ

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi

24/04/2026 14:11
Mayın qeyri-iş günləri açıqlandı - Dəyişiklik var

Mayın qeyri-iş günləri açıqlandı - Dəyişiklik var

24/04/2026 13:47
“İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik” - XİN

“İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik” - XİN

24/04/2026 13:22
Prezident Sərəncam imzaladı: Bu şəxslərə 2750 manat veriləcək

Prezident Sərəncam imzaladı: Bu şəxslərə 2750 manat veriləcək

24/04/2026 12:57
Şagird məktəbdə özünə xəsarət yetirdi - Video

Şagird məktəbdə özünə xəsarət yetirdi - Video

24/04/2026 12:31
Bu işçilər "bədbəxtlik məzuniyyəti"nə çıxacaq - SƏBƏB

Bu işçilər "bədbəxtlik məzuniyyəti"nə çıxacaq - SƏBƏB

24/04/2026 12:07
Yeni qanuna əsasən bunu edənlər həbs olunacaq

Yeni qanuna əsasən bunu edənlər həbs olunacaq

24/04/2026 11:41
Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı

Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı

24/04/2026 11:18
21 yaşlı gənc ölü tapıldı - Foto

21 yaşlı gənc ölü tapıldı - Foto

24/04/2026 10:55
Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs

Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs

24/04/2026 10:28
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.