• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Ramiz Mehdiyevin bankı BAĞLANDI

06 Mart, 26 / 16:05
A A
Ramiz Mehdiyevin bankı BAĞLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

Alyans.media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, qeyd olunan razılıq əsasında, “Bank BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.

“Bu çərçivədə, “Bank BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq “Bank BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, “Bank BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və “Bank BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.

Beləliklə, “Bank BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.

“Bank BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, “Bank BTB”nin əsas səhmdarı 76.7 faiz payla PA-nın sabiq rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17.7 faiz) və Tükəzban Mahmudova (5,6 faiz), bankın Müşahidə Şurasının sədri də eyni zamanda Rza Sadıq idi.

Əvvəlki yazı

Pezeşkiandan ŞOK ADDIM: Vasitəçilik cəhdlərini RƏDD ETDİ

Növbəti yazı

Hava kəskin DƏYİŞİR - İntensiv qar yağacaq - PROQNOZ

XƏBƏR LENTİ

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

20/04/2026 17:52
Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

20/04/2026 17:25
Xəlilur Rəhman: Banqladeş Azərbaycanla müntəzəm məsləhətləşmələr təklif edir

Xəlilur Rəhman: Banqladeş Azərbaycanla müntəzəm məsləhətləşmələr təklif edir

20/04/2026 16:59
Azərbaycanın nar ixracı 2026-cı ilin birinci rübündə 19% azalıb

Azərbaycanın nar ixracı 2026-cı ilin birinci rübündə 19% azalıb

20/04/2026 16:45
Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

20/04/2026 16:30
Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

20/04/2026 16:15
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

20/04/2026 16:07
NATO qırıcıları Estoniya səmasında

NATO qırıcıları Estoniya səmasında

20/04/2026 15:55
Böyük Britaniya Hörmüz boğazının açılması üçün 30-dan çox ölkəni bir araya gətirir

Hörmüz boğazından 20-dən çox gəmi keçib

20/04/2026 15:45
Paşinyan: Bakı-İrəvan sülhü Ermənistanın iqtisadiyyatını gücləndirəcək

“Biz bu mövzunu bağlayırıq, yalnız belə yolla...” - Paşinyan

20/04/2026 15:37
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.