Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş idarəsinin əməkdaşları, yetkinlik yaşına çatmayanların zorlanması və onlara qarşı digər növ seksual xarakterli hərəkətlərin törədilməsi ittihamı ilə 1960-cı il təvəllüdlü Z.A.-nı saxlayıblar.
Alyans.media Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə DİN məlumat verib.
Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müəyyən müddət ərzində öz həyat yoldaşının yetkinlik yaşına çatmayan nəvələrini zorlayıb və onlara qarşı digər seksual xarakterli hərəkətlər edib. Bu hallar sistematik xarakter daşıyıb.
“Keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Z.A.-nı məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 137-ci və 138-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda deyilir.










