• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

TƏBİB-də islahatlar davam edir: Baş həkimlər niyə işdən çıxarılır? - Deputat açıqladı

24 Aprel, 26 / 17:48
A A
TƏBİB-də islahatlar davam edir: Baş həkimlər niyə işdən çıxarılır? - Deputat açıqladı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) uzun illər davam edən problemlər fonunda quruma yeni icraçı direktor Anar Bayramov təyin olunub. Onun vəzifəyə başlamasından sonra səhiyyə sistemində bir sıra ciddi kadr dəyişiklikləri həyata keçirilib.
İlk günlərdən etibarən müxtəlif tibb müəssisələrində ixtisarlar aparılıb. Bu çərçivədə bəzi departament rəhbərləri və struktur bölmə müdirləri vəzifədən azad edilib, regional tibb müəssisələrinin rəhbər heyətində dəyişikliklər olunub. Eyni zamanda, idarəetmədə optimallaşdırma üçün yeni təyinatların həyata keçirilməsi gözlənilir.
Lakin aparılan bu ixtisarlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox vətəndaş kütləvi işdən çıxarmalarla bağlı narahatlıqlarını ifadə edir.
Alyans.media-nın məlumatına görə, Milli Məclisin deputatı Müşfiq Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, TƏBİB-də aparılan islahatlar səhiyyə sistemində yeni mərhələnin başlanğıcıdır:

“TƏBİB-də aparılan islahatlar səhiyyə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin məcburi tibbi sığorta sahəsində şəffaflığın artırılması ilə bağlı tapşırıqları, eləcə də TƏBİB-in Müşahidə Şurasında edilən yeniliklər səhiyyənin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardır”.
O bildirib ki, yeni icraçı direktorun işinin öhdəsindən gələcəyinə ümid edir:
“TƏBİB-ə yeni təyin olunmuş İcraçı direktor Anar Bayramovun bu vəzifəyə gətirilməsi də səhiyyə sahəsində həyata keçirilən geniş və sistemli islahatların tərkib hissəsidir. Təyin olunan şəxsin həkim olması və səhiyyə sahəsində uzun illər fəaliyyət göstərməsi də mühüm üstünlüklərdən biridir. O, müxtəlif pillələrdə çalışmış və son təyinatadək rəhbər vəzifələrdə təcrübə toplamışdır. İnanırıq ki, onun əvvəlki fəaliyyətində qazandığı təcrübə gələcəkdə də mühüm nəticələr verəcək”.
Parlamentari qeyd edib ki, baş verən islahatlar nöqsanların aradan qaldırılmasına xidmət edir:
“Maliyyə Nazirliyi və Hesablama Palatasının keçirdiyi audit yoxlamaları zamanı müxtəlif nöqsanların aşkar edilməsi bu sahədə ciddi dəyişikliklərə ehtiyac olduğunu göstərmişdir. Həmin nöqsanların aradan qaldırılması, tibb sahəsində şəffaflığın təmin olunması, dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, eyni zamanda səhiyyə xidmətlərinin əlçatanlığının artırılması baxımından bu təyinat xüsusi əhəmiyyət daşıyır. Səhiyyə sahəsində həyata keçiriləcək islahatlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə tam uyğundur. Bu strategiyanın əsas məqsədi əhalinin daha keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması, eyni zamanda büdcə vəsaitlərindən şəffaf və səmərəli istifadənin gücləndirilməsidir”.
Deputat bildirib ki, öz vəzifəsində nöqsanlara yol verən şəxslərin işdən çıxarılması müsbət addımdır:
“Yeni təyinat və həyata keçirilən addımlar səhiyyə ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Öz vəzifəsində nöqsanlara yol verən və ya yeni dövrün tələblərinə cavab verməyən şəxslərin vəzifədən uzaqlaşdırılması da müsbət qiymətləndirilir. Mən də uzun illər bu sahədə çalışmış bir şəxs kimi qeyd edə bilərəm ki, səhiyyə işçiləri bu islahatları ümidverici hesab edir”.
Əvvəlki yazı

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri qadağan edəcək

Növbəti yazı

"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR

XƏBƏR LENTİ

Orxan Hüseynova SOCAR-da yüksək vəzifə verildi

Orxan Hüseynova SOCAR-da yüksək vəzifə verildi

24/04/2026 19:29
NATO tədricən ABŞ kəşfiyyat təyyarələrindən imtina edir

NATO tədricən ABŞ kəşfiyyat təyyarələrindən imtina edir

24/04/2026 19:04
Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - Araşdırma başladı

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - Araşdırma başladı

24/04/2026 18:40
Faizə pul verənlərə pis xəbər - Hüquqşunas açıqladı

Faizə pul verənlərə pis xəbər - Hüquqşunas açıqladı

24/04/2026 18:39
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR

"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR

24/04/2026 18:14
TƏBİB-də islahatlar davam edir: Baş həkimlər niyə işdən çıxarılır? - Deputat açıqladı

TƏBİB-də islahatlar davam edir: Baş həkimlər niyə işdən çıxarılır? - Deputat açıqladı

24/04/2026 17:48
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri qadağan edəcək

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri qadağan edəcək

24/04/2026 17:25
Həyat yoldaşının qızıllarını satıb, sevgilisi ilə toy etdi

Həyat yoldaşının qızıllarını satıb, sevgilisi ilə toy etdi

24/04/2026 17:13
Pentaqondan İrana sərt hədə: "Atəş açmaq və məhv etmək əmri verilib"

Pentaqondan İrana sərt hədə: "Atəş açmaq və məhv etmək əmri verilib"

24/04/2026 16:59
Ukraynanın Daxili İşlər Naziri özünümüdafiə məqsədilə mülki şəxslərin silah hüquqlarını dəstəkləyir

Ukraynanın Daxili İşlər Naziri özünümüdafiə məqsədilə mülki şəxslərin silah hüquqlarını dəstəkləyir

24/04/2026 16:51
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.