İran ətrafındakı münaqişə və Hörmüz boğazındakı qeyri-sabitlik dünya neft-kimya bazarına ağır zərbə vurur.
Alyans.media xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb. Plastik istehsalı üçün xammalın kəskin bahalaşması qaçılmaz olaraq qablaşdırmadan tutmuş yüksək texnologiyalı komponentlərə qədər geniş çeşiddə istehlak mallarının qiymətinin artmasına səbəb olacaq.
Ekspertlərin narahatlığına əsas səbəb baza polimerləri olan polietilen (PE) və polipropilenin (PP) qiymətindəki partlayış xarakterli artımdır. 2026-cı ilin fevral ayının sonundan etibarən dünya birjalarında bu materialların kotirovkaları 37–38% sıçrayış edərək son dörd ilin maksimumuna çatıb.
Qeyd edək ki, dünya polietilen ixracının 40%-dən çoxu Yaxın Şərqin payına düşür. Hörmüz boğazı vasitəsilə logistikadakı fasilələr faktiki olaraq qlobal tədarükün demək olar ki, yarısını sıradan çıxarıb. Bəzi sektorlarda qablaşdırma xərcləri artıq 20%-dən çox yüksəlib ki, bu da istehsalçıları xərcləri son alıcıların üzərinə qoymağa məcbur edir.
Bütün bunların fonunda avtomobil ehtiyat hissələri, oyuncaq və geyimin qiymətində artım olacağı proqnozlaşdırırlır.










