Ukrayna Türkiyədə keçiriləcək NATO zirvə toplantısında təmsil olunacaq.
Alyans.media Reporta istinadən xəbər verir ki, bu barədə Şərqi Avropa bürosu xəbər verib, bunu Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 26-da Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi mətbuat konfransında bildirib.
O, Ukraynanın hansı formatda təmsil olunacağını hələlik dəqiqləşdirməyib.
NATO-nun zirvə görüşü 7-8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçiriləcək.










