• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

28 Aprel, 26 / 15:50
A A
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Alyans.media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib .

Prezident İlham Əliyev ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafını yüksək qiymətləndirdi. Bu kontekstdə dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə dostluq münasibətlərini xüsusi qeyd etdi.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərlərini, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, eləcə də həmin səfərlər zamanı aparılan müzakirələri məmnuniyyətlə xatırladı. Dövlətimizin başçısı bütün bunların ikitərəfli münasibətlərin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev Səid Bin Mübarək Əl-Hacerinin Azərbaycana böyük bir nümayəndə heyəti ilə gəldiyini qeyd etdi və səfərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətinə toxundu.

Səid bin Mübarək Əl-Haceri qəbul üçün təşəkkürünü bildirərək Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi və öz salamlarını Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana çatdırmağı xahiş etdi.

BƏƏ-nin dövlət naziri Azərbaycan Prezidentini Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəliləməsində onun rəhbərliyi altında qazanılan uğurlara, eləcə də Azərbaycan ilə Ermənistan arasında sülhə nail olmaq və dialoqun təşviqi istiqamətindəki səylərinə görə “Sülh və Barışıq üzrə Gernika Mükafatı”na layiq görülməsi münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev təbriklərə görə ona təşəkkür etdi və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və keçmiş prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın humanitar irsini və dəyərlərini təbliğ edən Zayed İnsan Qardaşlığı Mükafatına layiq görüldüyünü xatırlatdı.

Dövlətimizin başçısı Səid bin Mübarək Əl-Haceridən buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı xahiş etdi.

Görüşdə iki ölkə arasında ikitərəfli gündəliyin çox zəngin olduğu vurğulandı. Tərəflər siyasi, iqtisadi, ticarət, enerji, bərpa olunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi apardılar.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunuldu və bölgədəki bütün məsələlərin diplomatik yolla həllinin vacibliyi vurğulandı.

Əvvəlki yazı

Ermənistanda satqınlıq savaşı: keçmiş nazirlər bir-birini ittiham edir

Növbəti yazı

Mustafayev, Qaluzin Bakı-Moskva münasibətlərini müzakirə edirlər

XƏBƏR LENTİ

Bakının bu ərazilərində yaşayanların nəzərinə: Evlər söküləcək, əhali isə...

Bakının bu ərazilərində yaşayanların nəzərinə: Evlər söküləcək, əhali isə...

28/04/2026 18:36
Türkiyə F-16-ları Azərbaycanda

Türkiyə F-16-ları Azərbaycanda

28/04/2026 18:11
“Real Madrid” yeni baş məşqçisini tapdı

“Real Madrid” yeni baş məşqçisini tapdı

28/04/2026 17:46
Məktəb psixoloqarı ilə bağlı yenilik: Bundan sonra onlar da…

Məktəb psixoloqarı ilə bağlı yenilik: Bundan sonra onlar da…

28/04/2026 17:21
Qazaxıstan ilə Azərbaycan arasında sosial sığorta sahəsində memorandum imzalanıb

Qazaxıstan ilə Azərbaycan arasında sosial sığorta sahəsində memorandum imzalanıb

28/04/2026 17:00
MEK-də akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilən sərgi açılıb

MEK-də akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilən sərgi açılıb

28/04/2026 16:55
Xocavənd rayonuna köçürülən daha 68 ailəyə ev açarları verilib

Xocavənd rayonuna köçürülən daha 68 ailəyə ev açarları verilib

28/04/2026 16:49
BƏƏ-nin OPEC və OPEC+-dan çıxması qlobal neft istehsalçıları qrupuna böyük zərbə vurdu

BƏƏ-nin OPEC və OPEC+-dan çıxması qlobal neft istehsalçıları qrupuna böyük zərbə vurdu

28/04/2026 16:43
Azərbaycanın zəmanətli dövlət borcu 2026-cı ilin 1-ci rübündə təxminən 35% azalıb

Azərbaycanın zəmanətli dövlət borcu 2026-cı ilin 1-ci rübündə təxminən 35% azalıb

28/04/2026 16:38
Mingəçevirdə keçirilən 2026-cı il Prezident Kuboku avarçəkmə yarışında iştirakçıların paradı keçirilib

Mingəçevirdə keçirilən 2026-cı il Prezident Kuboku avarçəkmə yarışında iştirakçıların paradı keçirilib

28/04/2026 16:33
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.