Alyans.media xəbər verir ki , Azərbaycanın “Azəristiliktəchizat” ASC və Özbəkistanın “Özbəkenergota’mir” ASC-nin nümayəndələri qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət imkanları ilə bağlı müzakirələr aparıblar .
Azərbaycan tərəfinin açıqlamasına görə, danışıqlar hazırda Azərbaycanda işgüzar səfərdə olan “Özbekenergota’mir” şirkətinin nümayəndələri ilə görüş zamanı baş tutub.
“O’zbekenergota’mir” enerji sektorunda 50 ildən çox təcrübəyə malikdir və enerji avadanlıqlarının təmiri üzrə ixtisaslaşmış aparıcı şirkətlərdən biri hesab olunur.
Müəssisə 1966-cı ildə Orta Asiya respublikalarında, Qazaxıstanda və Azərbaycanda elektrik stansiyası avadanlıqlarının texniki xidməti və təmiri işlərini həyata keçirmək üçün yaradılmışdır.










