Volodimir Zelenski tammiqyaslı sülh danışıqları üçün Ukrayna Silahlı Qüvvələrinə Donbasdan və Rusiya bölgələrindən çıxmağı əmr etməlidir.
Alyans.media RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Atəşkəsin baş verməsi və tammiqyaslı sülh danışıqlarına dəhlizin açılması üçün… Zelenski Ukrayna Silahlı Qüvvələrinə atəşi dayandırmağı, Donbası tərk etməyi əmr etməlidir”, – deyə o, qeyd edib.
Peskov əvvəllər qeyd etmişdi ki, Kiyev lazımi qərarı verdikdə atəşkəs dayandırıla bilər.










