• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Azərkosmos ilk “Milli Kosmik İnkubasiya” layihəsinə start verib

15 May, 26 / 16:03
A A
Azərkosmos ilk “Milli Kosmik İnkubasiya” layihəsinə start verib

Azərkosmos ötən il kosmosda innovasiyaların və startapların inkişafına yönəlmiş layihələrdə uğurlu nəticə göstərmiş komandaların ideyalarının inkişafının davamı olaraq ilk “Milli Kosmik İnkubasiya” layihəsinə start verib.

Alyans.media xəbər verir ki, bu layihədə iştirak edəcək komandalar arasında Azərkosmosun ilk “Milli Kosmik Hakaton” iştirakçıları, “Vistar” Mükəmməllik Mərkəzinin məzunları və Yerin məsafədən müşahidəsi üzrə müsabiqənin iştirakçıları yer alır. Layihədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “SABAH.HUB” İnnovasiya Mərkəzi ekosistem üzrə icma tərəfdaşları qismində aktiv iştirak edirlər.

“Milli Kosmik İnkubasiya” proqramı Yerin Müşahidəsi üzrə tətbiqlər və rəqəmsal platformalar sahəsində ilkin mərhələdə olan kosmik startap ideyalarının bazarda hazır məhsul səivyyəsinə qədər inkişafını dəstəkləmək üçün nəzərdə tutulmuş intensiv proqramdır. Altı ay davam edəcək bu proqram çərçivəsində 8 komanda kosmik sahədə rəqəmsal həllər üzrə texniki, eyni zamanda kommersiya üzrə təlimlərdə iştirak edəcək, onlara təyin olunmuş yerli və beynəlxalq mentorların dəstəyi ilə öz startap ideyaları üzərində çalışacaqlar.

Proqramın ilk – pre-inkubasiya mərhələsində iştirakçılar öz ideyalarının konsepti, bazar araşdırması, biznes modelinin qurulması, prototipləşdirmə və investorlara təqdimat bacarıqları üzərində işləyəcəklər. Daha sonra startaplar intensiv məhsul inkişafı mərhələsinə keçid edəcək və bu fazada məhsulun inkişafı və test edilməsi prioritet təşkil edir.

Proqram iştirakçılara aşağıdakı imkanları təqdim edir:

• Proqram müddətində texniki və biznes təlimlərində iştirak;

• Sənaye ekspertlərindən mentorluq;

• Beynəlxalq kosmik ekosistemə çıxış imkanı;

• Məhsulu hazır startaplar üçün qlobal və yerli bazar investisiyalarına çıxış imkanı.

Qeyd edək ki, Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində sahibkarlığı təşviq etmək, möhkəmləndirmək və dayanıqlı inkişafını dəstəkləmək Azərkosmosun fəaliyyət istiqamətlərindən biridir. “Milli Kosmik İnkubasiya” layihəsinin hədəf və məqsədləri eyni zamanda “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” ilə də uyğunluq təşkil edir.

Əvvəlki yazı

Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

Növbəti yazı

Yağış yağacaq, dolu düşəcək

XƏBƏR LENTİ

WUF13 nəqliyyat xidmətləri istifadəyə verildi

WUF13 nəqliyyat xidmətləri istifadəyə verildi

15/05/2026 20:01
“Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”

“Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”

15/05/2026 19:33
İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

15/05/2026 19:06
“Leyla” ana olacaq

“Leyla” ana olacaq

15/05/2026 18:18
Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var

Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var

15/05/2026 17:51
SON DƏQİQƏ: Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

SON DƏQİQƏ: Bu şəxslər də 1 il hərbi xidmət keçəcək

15/05/2026 17:23
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb

TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb

15/05/2026 17:00
Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Tramp

Trampdan İranla bağlı mühüm AÇIQLAMA

15/05/2026 16:50
Dünənki imtahanın nəticələri 6 həftə sonra açıqlanacaq

19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb

15/05/2026 16:37
Stolüstü tennisçilər Çinə yollanıblar

Stolüstü tennisçilər Çinə yollanıblar

15/05/2026 16:29
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.