• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Bu şəxslər hər ay 1000 manatadək mükafat alacaqlar

15 May, 26 / 10:17
A A
Bu şəxslər hər ay 1000 manatadək mükafat alacaqlar

2024-cü ildən etibarən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə də davam etdirilir.

Alyans.media xəbər verir ki, cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib.

Yenilənmiş qaydalar Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunub.

Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.

Yeni qaydalara əsasən, mükafatlandırılacaq tədqiqatçıların sayı artırılıb, eləcə də qiymətləndirmə meyarları genişləndirilib. Belə ki, “Web of Science Core Collection” bazasında indekslənən Q1 və Q2 kateqoriyalı jurnallarla yanaşı, Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi işlər də qiymətləndirməyə daxil edilib.

Bundan əlavə, tədqiqat nəticələrinin real sektora transferinin təşviqi məqsədilə ilk dəfə olaraq patent və faydalı modellər hesablama mexanizminə bonus bal kimi əlavə olunub.

Müqayisə üçün qeyd edək ki, layihənin ilk ilində 150-dək, 2025-ci ildə isə 300-dək alim bu imkandan yararlanıb.

Təkmilləşdirilmiş qaydaların tətbiqinə 2026-cı ilin may ayından başlanılacaq. Layihənin əsas məqsədi elmi fəaliyyətin nəticəyönümlülüyünü artırmaq, tədqiqatçıların beynəlxalq elmi bazalarda fəallığını təşviq etmək və elmi nəticələrin praktik tətbiqinə dəstək verməkdir.

Əvvəlki yazı

Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi…

Növbəti yazı

14 yaşlı oğlanı maşınla vurub öldürdü – Foto

XƏBƏR LENTİ

Yayda bu qidaları yeməyin – Təhlükəlidir

Yayda bu qidaları yeməyin – Təhlükəlidir

15/05/2026 23:32
Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

15/05/2026 23:00
TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər

TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər

15/05/2026 22:32
SAT imtahanı ilə bağlı xəbərdarlıq - "Saxtakarlıq halları var‘’

SAT imtahanı ilə bağlı xəbərdarlıq - "Saxtakarlıq halları var‘’

15/05/2026 22:05
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş

FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş

15/05/2026 21:26
“Xarıbülbül” festivalı onların konserti ilə başa çatdı – Fotolar

“Xarıbülbül” festivalı onların konserti ilə başa çatdı – Fotolar

15/05/2026 20:58
Evdə hantavirusu belə yoxlamaq olur

Evdə hantavirusu belə yoxlamaq olur

15/05/2026 20:28
WUF13 nəqliyyat xidmətləri istifadəyə verildi

WUF13 nəqliyyat xidmətləri istifadəyə verildi

15/05/2026 20:01
“Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”

“Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”

15/05/2026 19:33
İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

İsrail TV-si Azərbaycan bayrağını Ermənistana “verdi”

15/05/2026 19:06
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.