Müharibə zamanı İranın raket bölmələri maye yanacaqlı raketləri birbaşa yeraltı bazaların daxilində doldurmağa başlayıblar.
Alyans.media İran telegram kanallarına istinadən xəbər verir ki, bu addım çöldə saatlarla davam edən yanacaqdoldurma prosesindən yayınmaq məqsədilə atılıb.
Raketlərin şaquli deyil, üfüqi vəziyyətdə yanacaqla təmin edilməsi yüksək hazırlıq səviyyəsi tələb edən son dərəcə təhlükəli və dəqiq əməliyyat hesab olunur. Peşəkar hazırlığa rəğmən, bu üsul zamanı partlayış riski kifayət qədər yüksək olaraq qalır.
Bu yeni yanaşma raket heyətlərinə qısa müddətdə buraxılış həyata keçirməyə və dərhal sığınacaqlara qayıtmağa imkan yaradıb. Nəticədə, start qurğularını mümkün məhv edilmə təhlükəsindən qorumaq mümkün olub.










