Aprelin 26-da Kiyevə səfər edən Moldova prezidenti Maya Sandu Çernobıl fəlakətinin 40-cı ildönümü ilə bağlı keçirilən anım mərasimində iştirak edib.
Alyans.media xəbər verir ki, Sandu daha sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə təkbətək görüş keçirib və onunla birgə mətbuat konfransında iştirak edib.
Moldova prezidenti Zelenski ilə regional təhlükəsizlik və birgə Avropa inteqrasiyasını müzakirə etdiklərini söylədi. O, Moldova xalqının da Rusiyanın Ukraynadakı müharibəsindən əziyyət çəkdiyini qeyd etdi.
Zelenski bildirib ki, təkbətək görüş zamanı tərəflər Avropaya inteqrasiya səylərini birgə gücləndirmək barədə razılığa gəliblər.
“Ukrayna Moldovanın Dnestryanı bölgəsindəki vəziyyətlə bağlı Kişinyovla birlikdə hərəkət edəcək. Biz Moldovanın təhlükəsizliyini tam dəstəkləyirik”, – deyə o əlavə edib.










